Modelin cəsədi mənzilində tapıldı - Çılpaq olub və...

modelin-cesedi-menzilinde-tapildi
Oxunma sayı: 13816

Kolumbiyalı model Stefani Maqon Ramiresin cəsədi Meksikanın paytaxtı Mexikoda mənzilində tapılıb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, çılpaq vəziyyətdə olub və bədənində çoxlu zərbə izləri aşkarlanıb. Həmçinin, çənəsinin qırıldığı məlum olub.

Polislər hadisə ilə bağlı iki versiyanı irəli sürür. Onların fikrincə, model ya öldürülüb, ya da bədbəxt hadisə nəticəsində həyatını itirib.

Qeyd olunur ki, kolumbiyalı model Mexikoya 3 il əvvəl gələrək burada “New Icon Model Management” agentliyi ilə əməkdaşlıq edib.

Evli olan modelin 4 yaşlı qızı var.