Müğənnini “Jara”dan təcili yardımla apardılar - Video

mugennini-jaradan-tecili-yardimla-apardilar
Oxunma sayı: 6884

Bakıda keçirilən “Jara” festivalının ikinci günündə müğənni Anita Tsoyun başına iş gəlib.

“Qafqazinfo” xəbər verir ki, VİP-zonada yıxılan müğənnini təcili yardımla festivaldan aparıblar. Anitanın təcili yardım maşınında ayağının sarğıda olduğu görülüb. Ancaq hadisənin hansı şəraitdə baş verməsi bilinmir.

Qəribədir ki, müğənninin prodüsseri özünü qəribə aparıb və baş verənləri sakit şəkildə telefonla çəkib.