Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları dayandırılır

naxcivanda-demir-yolu-ile-sernisin-dasimalari-dayandirilir
Oxunma sayı: 2159

Naxçıvan Dəmir Yolları 1 yanvar 2024-cü ildən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyətini müvəqqəti dayandıracaq

Bu barədə “Qafqazinfo”ya “Naxçıvan Dəmir Yolları” MMC tərəfindən məlumat verilib.

“Son dövrlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkəmizdə dəmir yolları sahəsində aparılan əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri davam etdirilir.

Dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçirilir. Görülən tədbirlərin davamı kimi, yüklərin zamanında və tam təhlükəsiz mənzil başına çatdırılması, eləcə də sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturunun möhkəmləndirilməsi və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulmasıyla əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC olaraq nəzərinizə çatdırırıq ki, 1 yanvar 2024-cü ildən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyəti müvəqqəti dayandırılacaq”, - məlumatda qeyd edilib.