Nazim İbrahimova yeni müavin təyin edilib

nazim-ibrahimova-yeni-muavin-teyin-edilib
Oxunma sayı: 8486

Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Qafqazinfo” xəbər verir ki, azvision.az-ın yaydığı məlumata görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Ramin Məmmədov 2012-cü ildə ölkə başçısının sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.