Nazir 7 müşavirini işdən çıxardı

nazir-7-musavirini-isden-cixardi
Oxunma sayı: 9201

Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-yə azaldıb.

“Qafqazinfo” xəbər verir ki, Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

Müşavir vəzifəsindən azad olunanlar nazirlikdə digər vəzifələrə keçiriliblər.