“Neftçi” Miri Yusiflə müqaviləyə aydınlıq gətirdi

neftci-miri-yusifle-muqavileye-aydinliq-getirdi
Oxunma sayı: 3526

Bu gün “Neftçi”nin Xalq artisti Miri Yusiflə müqavilə imzalaması haqda məlumatlar yayılıb.

“Qafqazinfo” pressing.az-a istinadən xəbər verir ki, məlumatlarda əməkdaşlığın himnlə bağlı olduğu və bunun üçün Bakı təmsilçisinin M.Yusifə 21 min manatdan çox ödəniş etdiyi iddia edilib. 

Lakin “Neftçi” açıqlama verərək sözügedən məlumatı təkzib edib: “Bu əməkdaşlıq 2022-ci ildə, klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub. Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib”.