Nilufərin qızı nişanlandı

niluferin-qizi-nisanlandi
Oxunma sayı: 1088

Türkiyəli məşhur müğənni Nilufərin qızı Ayşe Nazlı Yumlu evlilik yolunda ilk addımı ataraq sevgilisi Batuhan Yağlıoğlu ilə nişanlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasim ailə və yaxın dostların iştirakı ilə sadə və səmimi atmosferdə baş tutub.

Qeyd edək ki, Ayşe Nazlı 2000-ci ildə doğulub və bir neçə aylıq ikən Nilufər tərəfindən himayəyə götürülüb.

Ayşe hazırda Britaniyada psixologiya təhsili alır.