Novxanıda hoteldəki yanğın söndürüldü - Fotolar+Yenilənib

novxanida-hoteldeki-yangin-sonduruldu
Oxunma sayı: 8299

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.

"Qafqazinfo" Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur. 

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, hotel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.

***

Yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.