Ögey atası 6 yaşlı qızı döyərək öldürdü - Anası isə gizlətdi

ogey-atasi-6-yasli-qizi-doyerek-oldurdu
Oxunma sayı: 7937

Azərbaycanda dəhşətli qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Yarıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

6 yaşlı Ramiləni döyərək qətlə yetirən şəxs tutulub. "Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.