Ölənlərin sayı artır - Sürücü yuxulu olub +Siyahı

olenlerin-sayi-artir
Oxunma sayı: 14664

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralananların adları məlum olub. "Qafqazinfo"nun əməkdaşı hazırda Sumqayıt şəhər xəstəxanasındadır. Əməkdaşımıza növbətçi həkimin verdiyi məlumata görə, artıq ölənlərin sayı 5-ə çatıb.

Yaralılar travmatik şok, sol diz oynaq əzilməsi, qapalı kəllə-beynin ağır travması, sağ ayağın bud sümüyünün sınması, sağ bud-baldır nahiyəsinin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan yeddisinin kimliyi məlum olsa da, üçü hələ ki, naməlum olaraq qalır.

Yaralıların siyahısı:

1. Ağakişiyev Baloğlan 1988-ci il
2. Cavadov Rövşən 1988-ci il
3. Məmmədova Ofelya 50 -55 yaşlı
4. Məmmədova Əsmər 1967-ci il
5. Əhmədov Rəşad 1983-cü il
6. Allahverdiyev İbadət 1991-ci il
7. Paşabəyov Asif

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yaralı Məmmədova Ofelya dünyasını dəyişib.

***

Xəstəxananın Cərrahiyyə şöbəsinin həkimi Gülməmməd Həmzəyev "Qafqazinfo"ya bildirib ki, yaralılardan biri əməliyyata girməmiş ölüb.

***

Əməkdaşımızın məlumatına görə, ölənlərin sayı ilə bağlı qeyri-dəqiqlik davam edir. Belə ki, Cərrahiyyə Şöbəsinin həkimi 5 nəfərin, daha sonra Ofeliya Məmmədovanın ölümünü təsdiqləsə də, baş həkim ölənlərin sayının 4 olduğunu deyib.

Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən isə ölənlərin sayının 3 olduğunu bildiriblər.

***

Artıq naməlum yaralılardan birinin kimliyi məlum olub. Elçin Qarayev hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılır.

***

Naməlum yaralılardan birinin də kimliyi açıqlanıb. O Əliyev Bəhruzdur.

***

Sonuncu naməlum şəxsin kimliyi də məlum olub. Rüstəmova Südabənin bir ayağı amputasiya edilib, digəri isə gipsdədir.

***

Fordun sürücüsü Ağakişiyev Baloğlanın vəziyyəti hazırda ağırdır. O, kəllə-beyin travması alıb. Huşsuz vəziyyətdədir.

***

Müstəntiq Cəsarət Bayramov bildirib ki, qəza sürücünün yüksək sürətlə maşını idarə etməsi səbəbindən baş verib. Onun sözlərinə görə, sürücü yuxulu vəziyyətdə olub.

Günel Türksoy