Oliqarx oğlu aktrisa ilə dava edib - Fotolar

oliqarx-oglu-aktrisa-ile-dava-edib
Oxunma sayı: 24865

İki həftə öncə qalmaqallı şəkildə ayrılan cütlük- aktrisa Lindsi Lohanla sevgilisi Yeqor Tarabasovun dava edərkən çəkilmiş şəkilləri yayılıb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, cütlük Yunanıstanda çimərliklərdən birində dincələrkən aktrisa sevgilisinin telefonunda naməlum qızdan gəlmiş mesajı görüb. Bundan sonra o, özündən 7 yaş kiçik olan 22 yaşlı sevgilisi ilə dalaşıb. Tarabasov isə telefonunu onun əlindən almağa çalışıb və Lohanı güclə özündən uzaqlaşdırıb.

Məlumata görə, bu şəkillər cütlük ayrılmazdan bir neçə gün öncə çəkilib.

Qeyd edək ki, Yeqor rusiyalı oliqarx Dmitriy Tarabasovun oğludur.