Ötən il evlənən az, boşananlar çox olub

oten-il-evlenen-az-bosananlar-cox-olub
Oxunma sayı: 2182

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-noyabr ayları ərzində 49549 nikah və 19761 boşanma halları qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.