Əsəbiləşib hakimi söydü - Yanlış anlayan arvadı bıçaqladı

esebilesib-hakimi-soydu
Oxunma sayı: 1393

İtaliyada “Atalanta” – “Napoli” (2:1) matçını izləyən 40 yaşlı azarkeş söydüyü söyüşləri özünə təhqir hesab edən həyat yoldaşı tərəfindən bıçaqlanıb.

“Qafqazinfo” MARCA-ya istinadən xəbər verir ki, hadisə Neapolun Kapodimonte bölgəsində baş verib.

Belə ki, oyundakı mübahisəli VAR qərarından sonra neapollu azarkeşin hakimin ünvanına yağdırdığı təhqirlər məişət münaqişəsinə səbəb olub. 35 yaşlı qadın həmin söyüşlərin ona aid olduğunu düşünərək mətbəx bıçağı ilə həyat yoldaşına hücum edib və ona sol böyrək nahiyəsindən xəsarət yetirib.

Qeyd edək ki, hadisə yerinə gələn polis əməkdaşları qadını həbs ediblər. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb, həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.