Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

polkovnik-xuliqanliq-ittihami-ile-hebs-olundu
Oxunma sayı: 7998

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

“Qafqazinfo” gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.

Onların sözlərinə görə, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə  həbs edilib.

Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatında iştirak edib.