Prezidentdən yeni rəis - Təyinatı

prezidentden-yeni-reis
Oxunma sayı: 8245

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni rəis təyin edib.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

“Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilsin”.