“Prius” bu dəfə “Mustang”la toqquşdu - Video

prius-bu-defe-mustangla-toqqusdu
Oxunma sayı: 2216

Bakıda taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobilin iştirakı ilə daha bir yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, Səbail rayonu ərazisində - Azneft dairəsində taksi ilə “Ford Mustang” markalı idman avtomobili toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin görüntülərində “Toyota Prius”un baş yolda olan “Ford Mustang”a yol verməməsi, həmçinin “Mustang”ın sürücüsünün də avtomobili təhlükəli idarə etməsi görünür.