Qaradağda sərxoş sürücü polisin üzərindən keçdi- - Yenilənib

qaradagda-serxos-surucu-polisin-uzerinden-kecdi-
Oxunma sayı: 4887


“Qafqazinfo” xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, VAZ-2105 avtomoboli Dövlət Yol Polisinin postuna yüksək sürətlə daxil olub. Qəzada 4 nəfər həlak olub. İlkin məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarət edib.

Avtomobildə 3 nəfər olub. Dövlət Yol Polisinin əməkdaşı maşını saxlamağa çalışsa da, avtomobili idarə edən sərxoş sürücü göstərişə məhəl qoymayıb, sürəti daha da artırıb.

DYP əməkdaşları postda avtomobilin qarşısını kəsmək istəyəndə VAZ-2105 yüksək sürətlə posta girib.

Zərbə nəticəsində maşın ikiyə bölünüb. Qəzada avtomobildəki 3 sərnişin həlak olublar.

***

Sözü gedən qəzada ölənlərdən biri Dövlət Yol Polisinin əməkdaşı eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Naziriyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovun dayısı oğlu olub. 

Bu barədə "Qafqazinfo"ya açıqlama verən Müşviq Əmirov bildirib ki, yol polisində işləyən Polad adlı dayısı oğlu qəzanı törədən sürücünü saxlamağa çalışsa da, sərxoş sürücü göstərişə məhəl qoymadan sürəti daha da artıraraq yol polisinin üsütündə keçərək posta girib. Zərbə nəticəsində maşın ikiyə bölünüb. Nəticədə avtomobildəki 3 sərnişin və yol polisinin əməkdaşı həlak olublar.