Qazaxda narkotik alverçisi olan qadın tutuldu - Foto

qazaxda-narkotik-alvercisi-olan-qadin-tutuldu
Oxunma sayı: 1416

Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polisin keçirdiyi tədbirlərlə saxlanılan şübhəli Eyvaz Bayramov üzərindən aşkarlanan heroini Maral adlı qadından aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində narkotik maddəni satmaqda şübhəli bilinən Maral Osmanova saxlanılıb. Onun evinə baxış zamanı müxtəlif bükümlərdə narkotik vasitə olan heroin və müxtəlif psixotrop həblər aşkarlanaraq götürülüb. 

Saxlanılan Elcan Dilbazinin yaşadığı evdən isə 36 ədəd kibrit qutusunda saxlanılmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilən, Tovuz rayon sakini Ramil Verdiyevdən metamfetamin, Qazax rayon sakini Azər Yusifovdan isə heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.