Qətlə yetirilən 25 yaşlı qadın uşağını görməyə gedibmiş - Təfərrüat

qetle-yetirilen-25-yasli-qadin-usagini-gormeye-gedibmis
Oxunma sayı: 8042

Aprelin 14-ü Mingəçevir şəhərində 25 yaşlı Şaxanım Ələkbərovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib. Sonradan onların münasibətləri kəskinləşdiyindən Ş.Ələkbərova həyat yoldaşından rəsmən boşanıb. Lakin 28 yaşlı Yasin keçmiş həyat yoldaşı ilə münaqişəli vəziyyəti davam etdirib və onu təqib edib.

Bildirilir ki, Ş.Ələkbərova Bakı şəhər sakinidir və həyat yoldaşından boşandıqdan sonra paytaxtda yaşayıb. Məhkəmə onlar boşanarkən uşağı atasına verib. Bu səbəbdən dünən Şaxanım Mingəçevirə övladını görməyə gedib. Lakin şəhərin Heydər Əliyev prospektində yerləşən parkda - Yasin Məhərrəmovun yaşadığı binanın yaxınlığında onların arasında mübahisə yaranıb. Bu zaman Yasin bıçaqla eks-xanımına hücum edərək ona zərbələr endirərək qətlə yetirib. O, qadının meyitini yol kənarında qoyaraq polisə təslim olub.

Y. Məhərrəmovun narkotik vasitə istifadəçisi olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza