Qəzaya düşən prezidentdən ilk açıqlama - Yenilənib

qezaya-dusen-prezidentden-ilk-aciqlama
Oxunma sayı: 7013

Moldova prezidenti İqor Dodonun korteji Straşenı-Kalaraş yolunda qəzaya düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.

Məlumata görə, Dodon aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

“Ölkə prezidentinin rəsmi kortejinə daxil olan 2 avtomobil qəzaya düşüb. Hadisə nəticəsində yaralanan insanlara tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır”,- deyə məlumatda bildirilir.

***

Yol qəzasına düşən Moldova prezidenti İqor Dodon səhhəti ilə bağlı açıqlama verib.

Moldovanın “Komsomolskoy pravdı” qəzetinə danışan Dodon heç bir yara və əzilməsinin olmadığını söyləyib. O, vəziyyətinin normal olduğunu deyib.