Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

ramazan-ayinin-ikinci-gununun-duasi
Oxunma sayı: 10101

Bu gün Azərbaycanda Ramazan ayının ilk günüdür.

Qafqazinfo” xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 03:10, iftar vaxtı isə 20:25-ə təyin olunub.

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

”Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!”.

Tərcüməsi: “Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah bütün oruc tutanların orucunu qəbul etsin!