Rusiyada mikroavtobus və yük maşını toqquşub - Xeyli sayda ölən və yaralanan var

rusiyada-mikroavtobus-ve-yuk-masini-toqqusub
Oxunma sayı: 1535

Rusiyanın Perm vilayətində mikroavtobus və yük maşını toqquşub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

“R-243 Kostroma-Şarya-Kirov-Perm yolunun 55-ci kilometrliyində yük maşını və “QAZelle Next” markalı sərnişin mikroavtobusu toqquşub”, - agentliyin mənbəsi qeyd edib.

“Baza” teleqram kanalı isə yeddi nəfərin öldüyünü bildirir.