Rüstəm Usubov kəfən geyinənlərlə görüşdü

rustem-usubov-kefen-geyinenlerle-gorusdu
Oxunma sayı: 10242

Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. 

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, şikayətçilər problemlərinin həll edilməməsindən narazıləq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.

Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov modern.az saytına həmin vətəndaşların Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.