“Sabah” FIBA Avropa Kubokunda növbəti oyununda da məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Belçika təmsilçisi “Spiru”ya 68:78 hesabı ilə uduzub.
Görüş Bakı İdman Sarayında baş tutub.
Komandalar arasında ilk matçda da belçikalılar doğma meydanda 82:81 hesabı ilə qələbə qazanmışdılar. Azərbaycan təmsilçisi həmçinin evdə “Marussi”yə (Yunanıstan) 70:82, “Norrçepinq Dolfins”ə (İsveç) 70:74 hesabı ilə uduzub.