Sadiq Xanın mer kimi gördüyü ilk iş bu oldu

sadiq-xanin-mer-kimi-gorduyu-ilk-is-bu-oldu
Oxunma sayı: 8373

Londonun yeni meri Sadiq Xan özünün ilk rəsmi addımı kimi Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyarət edib.

Qafqazinfo”nun Haaretz-ə istinadən məlumatına görə, anım tədbirinə Londonun yəhudi icmasının 1000-dən çox nümayəndəsi, eyni zamanda Holokostdan ziyan çəkən 150 nəfər qatılıb.

İştirakçılar qarşısında yəhudi məktəblərinin 5 yığma xor dərnəyi çıxış edib.

Qeyd edək ki, Sadiq Xan 2 gün öncə seçki yolu ilə mer postuna gətirilib. Leyboristlər partiyasından olan Pakistan əsilli Xan tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.