Salyanda ağır qəza - Ölən və xəsarət alanlar var

salyanda-agir-qeza
Oxunma sayı: 2134

Salyanda ağır yol-nəqliyyat hadisəsi  olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəzada “VAZ-2107”də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə yerində ölüb.

Qəzada xəsarət alanlar - Şahlar Rzayev, avtomobillərdə olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov