“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq”

sesverme-gunu-telebeler-universitetlerde-olmayacaq
Oxunma sayı: 2551

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq. Tətil günündə tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə tələbələr harada olur- olsun, səs verə bilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bununla bağlı Emin müəllimlə (elm və təhsil naziri Emin Əmrullayev -red.) görüşmüşük. Siyahını verməyə hazırdılar. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr əgər 6 ay bir evdə kirayə qalırsa, artıq orada səs verə bilər, yox əgər kirayədən çıxırsa, qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verməlidir” - M.Pənahov deyib.