Səttar Mehbalıyev qazinin yasında

settar-mehbaliyev-qazinin-yasinda
Oxunma sayı: 6200



Özünü yandıran Qarabağ döyüşçüsü Zaur Həsənov dekabrın 29-da Bakının Bibiheybət qəsəbəsinin qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində deputatlar, hökumət təmsilçiləri, müharibə veteranları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, günün sonunda Lökbatan qəsəbəsindəki yas mərasiminə Zaur Həsənovun özünü yandırmasında əsasgünahkarlardan biri hesab olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mühbalıyev də gələrək, mərhumun ailəsinə başsağlığı verib. Bundan başqa, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov da hüzr yerinə gəlib.

II qrup Qarabağ əlili Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri Bakıda işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə çıxarılmış məhkəmə qərarı əsasında sökülməsinə etiraz edib.

Zaur Həsənov dekabrın 28-də Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişib. O, 5 uşaq atası idi.