Sevil Nuriyeva haqqında yazanları - Məhkəməyə verir

sevil-nuriyeva-haqqinda-yazanlari-
Oxunma sayı: 6704

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva son günlər feysbuk sosial şəbəkəsində haqqında yazılan paylaşımlara sərt reaksiya verib.

Qafqazinfo”nun məlumatına görə, jurnalist “mənsub olduğu qruplar, qrant aldığı ölkələrin bəlli olduğu azərbaycanlılar” tərəfindən linç edildiyini və ona böhtan, təhqir dolu yazılar ünvanlandığını bildirib. Sevil Nuriyeva əlavə edib ki, bu yazılar onun Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdlə bağlı səsləndirdiyi fikirlər, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ilə əlaqədadır:

“Bunun bir sistematik linç kampaniyası olduğunu bilir və dərhal hüquqi prosedura başlamış durumdayam. Heç bir şər-böhtanın cavabsız qalmayacağını bilirəm.

Məhkəmə prosesini başlatdığımı hörmətlə bəyan edirəm.

Mənə Ərdoğan yalakası deyən qafil, mən millətinin fədaisi, mərd bir liderin dəstəkçisiyəm... Sizin kimi ölkəsini girov almaq istəyən qrant qarşılığında mənəviyyatını satan olmaqdansa, sizin deyiminizcə, “Ərdoğan yaltağı”olmaq şərəfdir...

PS: Şeytan və onun şərindən Allaha sığınıram...”