“Şeytan üçbucağı”nın ikisi bir arada

seytan-ucbucaginin-ikisi-bir-arada
Oxunma sayı: 4524

Luis Suarez “İnter Mayami” ilə müqaviləyə imza atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fabrizio Romano Lionel Messinin “Barselona”dakı keçmiş komanda yoldaşı Luis Suarezlə “İnter Mayami”də yenidən bir araya gəlməyə hazır olduğunu təsdiqləyib.

Keçmiş Barselona komanda yoldaşı və Lionel Messinin yaxın dostu olan uruqvaylı hücumçu Luis Suarezin çoxdan gözlənilən imzası elan olunub.

Gələn ay 37 yaşını tamamlayan ulduz futbolçu Suarez karyerası ərzində 500-dən çox qola imza atdığı üçün dünyanın ən məhsuldar oyunçularından biri hesab olunur.

O, 2024-cü il mövsümü üçün “İnter Mayami” ilə bir illik müqavilə imzalayıb.

 “Başlamaq üçün səbirsizlənirəm və bu möhtəşəm Klubla daha çox titul qazanmaq arzusunu reallaşdırmaq üçün işləməyə hazıram”.

Xatırladaq ki, Messi və Suarez altı mövsümü “Barselona”da birlikdə keçirərək, Neymarla birlikdə bütün Avropanı lərzəyə salan Bermud (Şeytan üçbucağı) yaratmışdılar. L.Messi və L.Suarez indi “İnter Mayami”də yenidən eyni formanı geyinəcəklər. Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda karyerasını davam etdirir.