Birləşmiş Ərəb Əmirliklərinin Baş Naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun ölkədən qaçan həyat yoldaşı Həyya bint əl-Hüseyni ilə bağlı daha bir iddia ortaya atılıb.
“Qafqazinfo” xəbər verir ki, İngiltərə mətbuatı şeyxin arvadının ingilis mühafizəçisi ilə eşq yaşadığını yazıb.
Bildirilir ki, Şeyx Əl-Maktum gizli eşqdən xəbər tutduqdan sonra xanımı qaçmaq məcburiyyətində qalıb.
İngilislərin iddiasına görə, Həyya sevgilisinə bahalı hədiyyələr alıb və bunun üçün qanuni ərindən pul oğurlayıb.
Qeyd edək ki, Həyya bint əl-Hüseyni İordaniyanın sabiq kralı Hüseynin qızı, hazırkı kral II Abdullahın ögey bacısıdır. O, ölkədən qaçdıqdan sonra 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Londonda 107 milyonluq malikanədə yaşayır.
Son xəbərlər
Son Xəbərlər