Şirvanda yaşlı kişi iki bacını bıçaqladı

sirvanda-yasli-kisi-iki-bacini-bicaqladi
Oxunma sayı: 2448

Şirvanda iki qadın bıçaqlı hücuma məruz qalıblar.

“Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhər sakinləri - 1994-cü il təvəllüdlü İlahə Qasımova və onun bacısı, 1993-cü il təvəllüdlü Şəhla Qasımova qonşuları 1956-cı il təvəllüdlü Nəzərov Eyvaz Mehdi oğlu tərəfindən bıçaqlanıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli