Suraxanıda “21 fevral - Beynəlxalq Ana Dili Günü” qeyd olundu - Fotolar

suraxanida-21-fevral-beynelxalq-ana-dili-gunu-qeyd-olundu
Oxunma sayı: 1016

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim-doğma dilim” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov və digər qonaqlar iştirak edib. 
Məktəbin şagirdlərinin ifasında “Ana dili” haqqında şerlər və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş olunub. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir: “Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilib və xalqımızın milli kimliyini bütün dünyaya təqdim edib. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bu günümüzə qovuşdurub, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarıb”. 

RİH başçısı 21 fevralın daha bir əlamətdar günə - Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasının 5-ci il dönümünə təsadüf etdiyini vurğulayıb, eləcə də Mehriban xanımın genişmiqyaslı fəaliyyətindən, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ etməsindən bəhs edib.