Tanınmışlar Vəli Axundovun yubiley tədbirində - Fotolar

taninmislar-veli-axundovun-yubiley-tedbirinde
Oxunma sayı: 15777

Alim, tanınmış ictimai-siyasi xadim, akademik Vəli Axundovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan tədbiri AYB sədri Anar giriş sözləri ilə açıb və xatirələrini bölüşüb:

"Vəli Axundov Azərbaycana çətin dövrdə rəhbərlik edib. Bu çətinliklərin başında isə millətçilik məsələsi dururdu. O mili dəyərləri müdafiə edən, Moskvanı sakitləşdirməyin üsullarına bələd olan siyasətçi idi. Onunla ilk tanışlığım Gəncədə olub. Atam məni özü ilə ora aparmışdı. Salamlaşıb görüşdük. Düzdü,hərçənd ki, yaşım o yaş deyildi..."

Daha sonra söz ailə adından Vəli Axundovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovaya verilib. Atası ilə bağlı xatirələrini bölüşən qızı Vəli Axundovun ən böyük arzusunun insanların içərisindəki sovet qorxusunu yox etmək olduğunu deyib.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki yubiley tədbirində nazirlər, dövlət xadimləri və bir sira tanınmışlar iştirak edib. Onların arasında Vəli Axundovun nəvəsi Sara Əliyeva, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və qızı Suad Qarayeva, Gənclər və idman naziri Azad Rəhimov, şeyxülislam Allahşükür Paşazadə, AZAL prezidenti Cahangir Əsgərovun qızı, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi Cəmilə Əsgərova və digərləri olub.

Səidə

Fotolar: Nuran Məmmədov