Ötən gün həyətdə,Kəndəlaş ağacının altında fəlsəfəylə cinayətin oxşarlıqlarından danışan, həyatı hamımız üçün kölgələr rəqsinə çevirən, məchulluğun qəribə tül pərdəsini bir filosof kimi yırtmağa çalışan, dərd-sərini zarafatları iləört-basdır edənbir adamla görüşdüm. Deyirdi ki:
– Mən tapançanı xoşlayıram, bıçaqsa könlümə yatmır.
Amma cavan vaxtı, dünyanın ən məşhur kabarelərindən birində xidmət edəndə tapança gəzdirmək onlara qadağan olunmuşdu, o da korsikalı bir dostu bağışlayan, hər iki tiyəsi iti, qatlanma bıçaq gəzdirirmiş.
Bir dəfə müştəriylə aralarında baş verən davada onu tapançayla vurublar.
– Bədən o saat vurulduğu yeri dondurur, yara buza dönür, ilk beş dəqiqə ağrını hiss eləmirsən.
Vurulan kəs aldığı yaranın ağrısıyla yıxılanda, hər iki tiyəsi də iti bıçağını çıxarıb onu vuran adamın qaraciyərini parçalayıb.
Məsələnin qəribə tərəfi bu təhlükəli işlərə qoşulmağın səbəbidir.
Fəlsəfə üzrə doktorluq müdafiəsini yekunlaşdırmağa pul lazım imiş, ona görəbelə işlərə qurşanıbmış.
Gülə-gülə deyirdi: Fəlsəfəylə cinayət bir-birinə bənzəyir. Cinayət bir insanı məhv edir, fəlsəfə isə özündən əvvəlki düşüncələri.
Marksın təlimlərinə inanırdı, amma daha çox Hegelin fəlsəfəsinə heyranı idi. Bir də Şopenhauerin vurğunu idi.
Hegel Şopenhauerlə eyni universitetdə fəlsəfə dosenti imiş. Amma Hegel olduqca məşhur idi, dərslərində çox tələbə iştirak ediridi. Şopenhauer də öz dərs saatını Hegellə eyni vaxta saldırırdı. Amma onun dərsinə cəmi doqquz tələbə gəlirdi.
Şopenhauer Hegel haqqında deyirmiş: “Pivəxana sahibinə oxşayan hərif”.
Həqiqətən də, Hegel pivəxana sahibinə oxşayırmış.
Hegelöz fəlsəfi əsərlərini çox qarışıq və çətin bir dildə qələmə alsada, alman dilində ən səlis ifadə edən filosof kimi tanınan Nitsşenin sələfi Şopenhauer kitablarını gözəl və başadüşülən bir dillə oxucuya çatdırırdı.
Bəlkə də, bunda o vaxtlar onun məşhur yazıçı olan anasının da rolu var idi.
Amma Şopenhaueranasıyla heç vaxt dil tapa bilməyib: “bir evdə iki dahi olmaz”, – deyib onu qovan anasına, evdən çıxanda qışqıra-qışqıra dilinin acısını töküb:
– Sənin yazdıqlarını yaxın gələcəkdə heç kəsə lazım olmayacaq, amma mənim əsərlərim daim oxunacaq.
Söhbətin yönü Fəlsəfədən, fəlsəfəylə ədəbiyyatın kəsişmə nöqtəsindən – Nitsşe yaradıcılığından düşəndə bir az dəyişdi.
Nitsşe modern fəlsəfənin başlanğıcıdır. Ondan əvvəlkilər həmişə hansısa bir sistem yaratmağa çalışıb, o, isə sistem qurmağı rədd edib, açıq fəlsəfə yaradıb. Bu isə modern həyata daha çox uyğun gəlirdi.
Onun söhbəti rusların fəlsəfəyə olan marağına və rus ədəbiyyatında fəlsəfi istiqamətlərəyön aldı.
“Hərb və Sülh” romanının qəhrəmanlarından biri Pyer Bezuxov rəngli frakı və silindir formalı şapkasıyla cəbhələri gəzib: “mənə maraqlı gəldi ki, siz neyləyirsiniz” – deyərək dostlarına baş çəkir, müharibəni öz varlığıyla mənasız, hətta demək olar ki, gülünc bir vəziyyətə salırdı.
İnanırdı ki, sonralar rastlaşdığı bir fransız zabiti, fransızca mükəmməl danışan Pyer rusdur, ancaq bir az danışandan sonra söhbət fəlsəfədən düşəndə Tolstoysayaq ironiya fransız zabitin səsindən də məlum olurdu:
– Sən doğrudan russanmış ki.
Tolstoy Napoleonla rus generalı Kutuzovun qarşı-qarşıya gəldiyi döyüşü cəbhə-cəbhə bütün planları ilə nəzərdən keçirib romanına daxil etmişdi.
Bu filosof-qatil isə adı çəkilən hər iki generalı da mənfi planda qələmə verirdi.
Bu, dahi bir cırtdanla kor bir nəhəngin savaşına bənzəyirdi. Bir gözünü türk-rus müharibəsində itirən Kutuzov Napoleon qədər dahi deyildi, amma O, Rusiyanın qarlı və soyuq iqlimindən müharibədə “silah kimi” istifadə edə bilmişdi. Həmin qışdan demək olar ki, “silah kimi istifadə edən” Kutuzov çox güclü bir ordusu olan Napoleonu məğlub etməyi bacarmışdı.
Bu gün də dünyanın bir çox dəlixanasında özünü Napoleon zənn edən dəlilərin olması onu göstərir ki, bəşəriyyəti dərindən sarsıdan Napoleon dühası Kutuzovun bəsit, amma sağlam məntiqi qarşısında məğlub olmuşdu.
Söhbət əsnasında sənətin, ədəbiyyatın əsgərlər, hərbi xidmət və müharibələrləbağlılığından danışdıq.
Biz də, əsgərliyə xidmətə əsgərlər də daxil olmaqla heç kəsin ciddi yanaşmamağı, generalların, əsasən, daxili siyasətin bir hissəsi kimi görünməyinə qarşı hərbi xidmətin idraka və yaradıcılığa söykənən məntiqli nəticələri var və bu da bütün dövrlərdə sənətkarların böyük marağına səbəb olub.
Napoleonun toplarını, Rommelin tanklarını döyüşə buraxmaq cəhdi, Montgomerinin Şimali Afrikada lojistik dəstək anlayışını alt-üst edən planları, Pattonun əsgərlərinə fövqəltəbii enerji verən hərbi gücü, yaradıcılığın, bütün sənət sahələrinin diqqətinin müharibəyə və generallara yönəlməsinə yol açıb.
Bu generallar dünyanın ən yaxşı generalı olmaq ehtirasına sahib idilər və bu ehtiras onların yaradıcı təxəyyülü ilə birləşib, insanın tükünü ürpədən o qanlı döyüşlərdə bütün gücüyləözünü büruzə verirdi.
Tarixə düşən generallar da, sənətkarlar və filosoflar kimi ölümlə həyatın kəsişdiyi nöqtədə dayananlardı.
Sənətkarlar həyatı qurub-yaratmağın ustasıdılarsa, generallar ölümün və öldürməyin peşəkarı olurlar. Müasir fransız ədəbiyyatının ən görkəmli nümayəndələrindənbiri kimi qəbul olunan Celinedeyirdi ki,“İnsan öldürməmiş ona həyatı başa salmaq mümkün deyil”.
Fəlsəfə, cinayət, hərbi xidmət və ədəbiyyat Kəndəlaşağacının dibində bıçaqdan xoşu gəlməyən, amma bıçaq kimi iti təbəssümü olan adamın danışdıqlarıyla çuğlaşırdı.
O qədər filosof insan içindəyalnız Hegel haqqında özü də çox anlaşılmaz bir kitab yazandan sonra qəfildən fəlsəfədən uzaqlaşan bir rus filosofuna heyran idi. O, rus filosofunun qazandığı uğurlardan çox, bu uğurlardan imtina etməsini təqdir edirdi və sanki “dünya”dan uzaq bir yerdə tək-tənha yaşayırdı. Və deyirdi:
“Fəlsəfəylə cinayət bir-birinə bənzəyir”.
Türk dilindən uyğunlaşdıran: Fərid Hüseyn