Bakı şəhərinin gözəlləşdirilməsi istiqamətində daim işlər görülsə də, paytaxtı bir sıra köhnə “atributlardan” təmizləmək mümkün deyil.
Bununla bağlı, hətta rəsmi qurumlar belə fəaliyyət göstərsə də, görünən budur ki, heç bir nəticə əldə olunmur. Söhbət Bakının daimi “sakinlərindən”- dilənçi qaraçılardan gedir. Onlar Bakının köhnə, baxımsız, səliqəsiz, obrazlı ifadə etsək “cındırından cin hürkən” vaxtlarında da şəhərdəydilər, indiki müasir və işıqlarla bəzədilmiş küçələrində də özlərinə yer tapıblar.
“Qafqazinfo” xəbər verir ki, paytaxtın əsas siması sayılan “Tarqovı”da-Nizami küçəsində qaraçı dilənçilərin fəaliyyətindən hərəkət etmək mümkün olmur. Onlar bəzən topa şəklində insanların üstünə cumub pul tələb edirlər. Bir tərəfdən onların görkəmləri insanları narahat edir, digər tərəfdən isə davranışları və təkidlə yolundan geri qaytaracaq səviyyədə qarşılarını kəsib pul tələb etmələri dözülməz situasiya yaradır.
Maraqlıdır ki, onları heç olmasa əhalinin olduqca sıx hərəkət etdiyi “Tarqovı”dan təmizləmək üçün nə etmək lazımdır? Kimə müraciət etmək lazımdır? Ya onlar da “Tarqovı”dakı digər bahalı brend dükanlar kimi kimlərinsə obyektidir? Hər halda ümid edirik ki, təqdim etdiyimiz görüntülərdən sonra onların qarşısı alınacaq. Biz bir daha onları şəhərin baş küçəsində görməyəcəyik.
***
İnformasiya saytımızda yerləşdiriləndən sorna Bakı polisindən "Qafqazinfo" ilə əlaqə saxlanılıb və dərc olunmuş materiala münasibət bildirilib. Qeyd olunub ki, kadrlarda əksini tapan qaraçılar da daxil olmaqla 11 nəfər digər qaraçı dilənçi dünən axşam sözügedən ərazidən uzaqlaşdırılaraq Yevlaxa göndərilib (Məlumat üçün bildirək ki, bu kadrlar dünən günün ikinci yarısı lentə alınmışdı). Polisdən o da əlavə olunub ki, həm şəhərin sözügedən ərazisi, həm də digər mərkəzi küçələr daim diqqətdə saxlanılır: "Demək olar ki, hər həftə biz bir avtobus qaraçını Bakıda dilənçilik edərkən saxlayıb Yevlaxa və digər gəldikləri rayonlara yola salırıq. Ancaq təəssüf ki, onlar yenidən paytaxta qayıdırlar, müxtəlif yollarla burada öz işlərini davam etdirməyə cəhd göstərirlər. Azərbaycanda dilənçiliklə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmayıb, inzibati qayda da onlara tətbiq olunan cəzalar kifayət qədər yüngüldür. Bəzi ölkələrdə dilənçilik cinayət məsuliyyəti daşıyır və bu, qanunla qadağandır. Yaxşı olardı ki, Azərbaycandakı qanunvericilikdə də müəyyən sərtləşmələr öz əksini tapsın. Azərbaycanda insanların bu tip məsələlərə humanist yanaşması da, dilənçilərin əl-qolunu açan məsələlərdən biridir. Bundan əlavə onların saxlanılması ilə bağlı Bakıda elə bir yer yoxdur. Həmçinin dilənçilər polis tərəfindən saxlanılan zaman onların yerləşdirilməsi üçün ayrıca inzibati bina olsa, daha məqsədəuyğun olar".
Son xəbərlər
Son Xəbərlər