Teymur İsmiyevin 100 illiyi ilə əlaqədar kitab çap edildi

teymur-ismiyevin-100-illiyi-ile-elaqedar-kitab-cap-edildi
Oxunma sayı: 1616

Sovet illərində Azərbaycanın məşhur hüquqşünaslarından olan vəkil Teymur İsmiyevin 100 illiyinə həsr edilmiş kitab çap olunub.

“Qafqazinfo” xəbər verir ki, mərhum vəkilin qızı Leyla İsmiyevanın hazırladığı və “Hökmdən sonra” adı verilmiş kitabın önsözünü Vəkillər Kollegiyasının sədri Anar Bağırov yazıb.

Kitabda məhkəmə oçerkləri, xatirələr, məqalələr, müsahibələr və digər maraqlı materiallar, eləcə də qeyri-adi məhkəmə işlərinə aid məlumatlar yer alıb.

Qeyd edək ki, Teymur İsmiyev Azərbaycanda Sovet dönəmində ölüm cəzasına haqsız məhkum edilmiş onlarla insanın güllələnmə cəzasından xilas edilməsindəki rolu ilə tanınıb. O, Azərbaycanın müstəqillik dövründə “Əməkdar hüquqşünas” fəxri adı almış ilk vəkillərdən biridir.