Tramp Çin sülhməramlılarının Ukraynada yerləşdirilməsini təklif edib?

tramp-cin-sulhmeramlilarinin-ukraynada-yerlesdirilmesini-teklif-edib
Oxunma sayı: 1394

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə avropalı siyasətçilərlə söhbətində münaqişənin həlli çərçivəsində Çin sülhməramlılarının Ukraynada yerləşdirilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Çin sülhməramlılarının Ukraynaya yerləşdirilməsi ideyası Avropa ölkələri tərəfindən dəstəklənməyib. 

Tramp administrasiyasının yüksək rütbəli nümayəndəsi isə qəzetə şərhində Çin sülhməramlılarının Ukraynaya göndərilməsinin müzakirəsi ilə bağlı xəbərləri təkzib edib.