Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə müzakirələrə səbəb olan video yayıb. “Qafqazinfo” xəbər verir ki, müğənni gözəllik mərkəzində olduğunu, üzünə qulluq etdiyini vurğulayıb.
O, üzünə qoyulan ilbizlərin dərinin baxımlılığı üçün önəmli canlı olduğunu qeyd edib. “Mehriban ilbizlərim üz baxımımla məşğuldurlar. Şirin və şəkərdirlər, heç də qorxulu deyillər”, - deyə Ağayeva videoda bildirib.
Sənətçinin “Balaca və üz üçün çox faydalı olan canlılarla dostlaşdım”, - deyə şərh yazdığı videonu əksər instaqram istifadəçiləri tənqid edib.
Onlar bu gözəllik prosedurunu ələ salıblar, canlıların xoş görünmədiyini yazıblar.
Son xəbərlər
Son Xəbərlər