Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinin qonağı olan İlhamə Türkiyədə çəkildiyi “Dumanlı yol” serialından ayrılmağının səbəbini açıqlayıb. İ.Bədəlova aparıcı Mətanət Əliverdiyevanın “Sən necə özündənrazısan” sözünə belə cavab verib:
“Niyə də razı olmayım? Türkiyəyə fotolarımı özüm göndərmişdim. Qəbul edildi və “Dumanlı yol” serialında çəkildim. Orda mənə "şeytanın sağ ayağı" deyirdilər. Çoxbilmiş idim, söz götürmürdüm. Rejissorun bir kəlməsi ilə çamodanımı yığıb Bakıya qayıtdım. Mənə söyüş söydü. Mən belə şeyi həzm edə bilmərəm”.
Son xəbərlər
Son Xəbərlər