Türkiyə bütün ölkələrlə hava əlaqəsini kəsdi - Ərdoğanın xalqına müraciəti + Video

turkiye-butun-olkelerle-hava-elaqesini-kesdi
Oxunma sayı: 7138

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ilə bağlı xalqına müraciət edib.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, dövlət başçısının çıxışında bu məqamlar yer alıb:

“Bütün dünyanı cənginə alan koronavirus xəstəliyi getdikcə daha çox yayılır. Bu böyük fəlakət bizə də təsir etdi. Birliyimizi, bərabərliyimizi və qardaşlığımızı nə qədər möhkəm saxlasaq, bu müddətdən bir o qədər az zərərlə çıxacağıq.

Güzəştə getməyəcəyik, qarşımızdakı problem çox ciddidir. Çaxnaşma salmayacağıq, sağlam mübarizə aparacağıq.

Bu baxımdan ilk mərhələdə təxminən 100 milyard lirəlik iqtisadi dəstək proqramı hazırlamışıq. Dövlət olaraq hər cür tədbir görmüşük. Bu ölkədə heç kimin ac, küçədə qalmasına və zərər çəkməsinə imkan verməyəcəyik. Yetər ki, hamımız qaydalara əməl edək, xəbərdarlıqlara qulaq asaq.

İstehsalın və ixracatın davam etdirilməsi bizim prioritet vəzifəmizdir. Testlər tamamilə pulsuzdur”.

Ərdoğan Türkiyənin xarici ölkələrlə hava əlaqəsinin dayandırdığını da açıqlayıb:

“Biz bu gün xalqımızın sakitliyi və gələcəyi naminə yeni tədbirlər planı qəbul etdik. Beynəlxalq aviadaşımalar tamamilə dayandırılır. Beynəlxalq səfərlər üçün qubernatorlardan icazə almaq lazımdır, bu, ilk növbədə 30 böyük şəhərə aiddir. Biz evdə qalmağa, özünütəcridə davam edirik”.