Türkiyədə arvadını öldürən Elvin ailəsi ilə birgə həbs olunubmuş - Foto

turkiyede-arvadini-olduren-elvin-ailesi-ile-birge-hebs-olunubmus
Oxunma sayı: 6995

Türkiyədə boşanmaq üzrə olduğu arvadını güllələyərək qətlə yetirən 34 yaşlı Elvin Umayevlə bağlı yeni faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayon Gərəkli kənd sakini olan E.Umayev 2017-ci ildə atası və bacısı ilə birlikdə Qaxda polisin keçirdiyi əməliyyatla tutulub. Belə ki, Elvin atası, 1962-ci il təvəllüdlü Əli Umayev və bacısı, 1985-ci il təvəllüdlü Pirdas Umayeva ilə birlikdə Qaxın Qorağan kəndindəki meşə sahəsində aqrotexniki qaydada narkotik tərkibli bitkilər yetişdirmək ittihamı ilə tutulub. Məlum olub ki, E. Umayev həmin vaxtdan 3 ay öncə o ərazidə çətənə kolları əkib. Bu müddət ərzində o, adıçəkilən ailə üzvləri ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib.

Həmçinin oxuyun: Azərbaycanlı kişi Türkiyədə parkda arvadını güllələdi - Video

Xəbəri rus dilində oxuyun: В Турции азербайджанец застрелил жену - Видео

Азербайджанец, проживающий в Украине, попал в плен

2017-ci ildən əvvəl də məhkumluq həyatı yaşayan Elvin sözügedən narkotik əməlinə görə həbs edilib. Bir neçə il həbsxanada qalaraq azadlığa çıxıb. Bundan sonra isə o, işləmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib və məlum hadisə baş verib. Bu həbs Elvinin üçüncü məhkumluğu olacaq. 

Qeyd edək ki, güllələnmə hadisəsi ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib. Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman Elvin belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Nizam Rza