Ukraynanın “Tripolski” İES-i tamamilə dağılıb

ukraynanin-tripolski-ies-i-tamamile-dagilib
Oxunma sayı: 3109

Rusiya ordusunun kütləvi raket zərbələri nəticəsində Ukraynanın Kiyev yaxınlığındakı “Tripolski” İstilik Elektrik Stansiyası tamamilə dağılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

“Cümə axşamı, aprelin 11-nə keçən gecə Kiyev vilayətindəki “Tripolski” İstilik Elektrik Stansiyası tamamilə dağılıb”, - deyə məlumatda qeyd olunub.

Energetika Nazirliyindən bildirilib ki, stansiyanın turbin sexində irimiqyaslı yanğın baş verib. Hazırda yanğının söndürülməsi üçün iş aparılır.