Hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında olan iki uşağın anası tapılıb. Bu barədə “Qafqazinfo”ya Bərdə rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya deyib.
Onun sözlərinə görə, uşağın anası Qazax rayon Kəmərli kəndindəndir: “Ananın adı Osmanova Yeganə Məhəmməd qızıdır. Hazırda məsələ ilə bağlı polis şöbəsində araşdırma aparılır. Hələ ki, uşaqların küçəyə necə atılması ilə bağlı məlumat yoxdur. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək. İndidən bir şey demək düzgün deyil”.
Xatırladaq ki, dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların anası, Qazax rayon sakini olan Yeganə Osmanova bu gün polis şöbəsində ifadə verib.
O, uşaqlarını küçəyə atmadığını deyib. Y.Osmanova bildirib ki, işə getdiyi üçün uşaqlarını kirayə yaşadığı evdə tək qoyub və kirayə pulunu hazırlayıb verə bilmədiyi üçün bir neçə gün evə getməyib. Buna görə də ev sahibi uşaqları gətirib polisə təhvil verib.
Y.Osmanova bu gün hər iki uşağını götürərək onlara sahib çıxıb.
Günel Türksoy
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər