“Xəzri”dən rahat, “Xırdalan”dan sürpriz qələbə

xezriden-rahat-xirdalandan-surpriz-qelebe
Oxunma sayı: 650

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun iki oyunu baş tutub. 

“Qafqazinfo”  xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Cəlilabad" klubları üz-üzə gəliblər. 

Bu görüşdə "Xəzri" rəqibi üzərində 100-81 hesablı rahat qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 9 asist), "Cəlilabad" (Camani Pirs - 21 xal, 5 ribaund) Günün ikinci oyununda çempionatın vahid lideri "Sabah",pley-off zonasında qərarlaşmış "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin oyunun yekununda 107-103 hesabı ilə qələbə qazanan tərəf "Xırdalan" olub. Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 12 ribaund), "Xırdalan" (Cessi Qi - 32 xal, 7 asist)