“Yabancı Damat” serialında “Memik dede”yə həyat verən türkiyəli aktyor Arif Erkin vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, keçən ay 90 yaşı tamam olan aktyor bu gün ölüb.
Qeyd edək ki, A.Erkin “Yeditepe İstanbul”, “Arka sokaklar”, “Canım ailem”, “Muhteşem yüzyıl” kimi bir çox məşhur seriallarda yer alıb.





Son xəbərlər
Son Xəbərlər