Bakıda yeni dələduzlar peyda olub - Aldanmayın + Video

bakida-yeni-deleduzlar-peyda-olub
Oxunma sayı: 1003

Bakıda yeni dəlduzlar peyda olub.

“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, onlar elan saytlarına qoyulan bahalı əşyaların sahiblərini aldadırlar.

Belə dələduzların qurbanı gənc fotoqraf Səmral Kərimli olub. Dələduzlar onun 1500 manata satdığı fotoaparatı oğurlayıblar. Gənclərin fotoaparatını oğurlayan şəxsin görüntüsü isə təhlükəsizlik kamerasına düşüb.

Daha sonra binanın həyətində 2 saat gözləyən gənclər aldadıldıqlarını başa düşüb və binanın gözətçisinə yaxınlaşıblar.

Aldadılan gənclər binanın təhlükəsizlik kamerasının görüntüsünə alıb, Nərimanov rayonu 18-ci polis bölməsinə müraciət ediblər. İndi polis gənclərin fotoaparatını oğurlayan şəxsi axtarır.