Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş - Foto+Video

moskvadaki-atisma-azerbaycanlilarla-cecenler-arasinda-olubmus
Oxunma sayı: 7978

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların iştirakı ilə qeydə alınan davanın detalları məlum olub. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, insident həmyerlilərimizlə çeçenlər arasında baş veribmiş. İddiaya görə, azərbaycanlılar onları təhqir edən Əlixan adlı çeçeni üzr istəməyə məcbur ediblər. Bundan sonra bıçaq və travmatik tapança ilə silahlanmış bir qrup çeçen azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə basqın edib, kafedəkiləri oradan uzaqlaşdırıb.

Daha sonra təxminən 70-100 nəfərin iştirakı ilə dava yaşanıb. Bildirilir ki, çeçenlər hadisə yerini tərk edərkən kafenin nəzarət kamerasını da aparıblar.

Hadisə şahidlərinin sözlərinə görə, dava daha sonra rayonun digər yerində davam edib. Belə ki, çeçenlər azərbaycanlıların maşınlarını izləyərək atəşə tutublar, ərazidə təxminən 50 atəş səsi eşidilib. Məlumata görə, atışma zamanı kafenin sahibi Yaşar Əliyev xəsarət alıb, maşınına isə ciddi ziyan dəyib.

Polis davada iştirak edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş aparır. 

Aysel Kərimova