Məşhur “MTV – 2016” Film Mükafatları mərasimi baş tutub.
“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, şənbə günü ABŞ-ın Los-Angelos şəhərində baş tutan gecədə kino dünyasının ən məşhur ulduzları iştirak edib.
Mükafatlandırma mərasimindən öncə məşhurların qırmızı xalçadan keçidi baş tutub. Gecədə Charlize Theron, Kendall Jenner və Cara Delevingne ən diqqət çəkən məşhurlar olub.
Daha sonra mükafatlar öz sahiblərini tapıb.
Ən yaxşı film "Star Wars" (Güc oyanır), ən yaxşı aktrisa Charlize Theron (Mad Max: Fury Road ), ən yaxşı aktyor Leonardo Di Caprio (Diriliş), ən yaxşı komediya performansı isə Ryan Reynoldsa (Deadpool) verilib.
Gecədə digər maraqlı məqam isə televiziya ulduzu Jenelle Evans və sevgilisi David Easonun qırmızı xalça üzərində öpüşməsi olub.



























Son xəbərlər
Son Xəbərlər