“Ermənilərlə 300 metr məsafə var idi...” - Xatirə Talış kəndində +Video

-ermenilerle-300-metr-mesafe-var-idi
Oxunma sayı: 10501

Müğənni Xatirə İslam əsgərlərə dəstək üçün Talış kəndinə gedib. "Qafqazinfo"ya açıqlama verən müğənni hadisə yerindən video görüntüləri də saytımıza təqdim edib.

Xatirə ilk dəfə erməniləri bu qədər yaxından gördüyünü qeyd edib:

“Talış kəndinə getmişdik, ermənilərlə aramızda 300 metr məsafə var idi. Bu barədə aidiyyatı qurumlara məlumat verilmişdi və icazə almışdım. Bu əraziyə heç kəsi buraxmırlar. Sözün düzünü desək, məni vahimə basdı. Gözümlə görürdüm ki, ermənilər tikanlı məftillərdən nəsə düzəldirdilər, təkərləri bir-birinin üstünə qoyurlar. Bunların hamısını gördük. Getmə səbəbim orada olan əsgərlərimizə mənəvi dəstək olmaq idi. İnsan elədiyini deməz. Mən nə etmişəmsə, bir Allah bilir, bir də 700 əsgər… O ərazilərə getmək üçün bizə köməklik göstərən hər kəsə təşəkkür edirəm.

Hərdən instaqramda bizi tənqid edirlər ki, niyə əsgərlərlə foto paylaşırsız. İnanın ki, həmin əsgərlər xahiş edir ki, onlarla olan şəkilləri paylaşaq. Deyirlər ki, paylaşın, ailə üzvlərimiz bizi görsün. İnstaqramda çox adam qeyd edir ki, sizin əsgərlərin yanında nə işiniz var? O yazan insanlar Bakıda itdən qorxanlardır.  Onlar cəbhəyə yaxınlaşa bilərlər? Buranın vahiməsi bəs edir”.